Peşə

Java tərtibatçısı

Java proqramçıları dünyanın ən yüksək əmək haqqı alan mütəxəssislərindən biridir. Onlar Android üçün oyunlar, proqram təminatları və proqramlar əlavələri yaradırlar. Məhz buna görə bazarda onlara olan tələbat daim artır. Artıq indidən peşəyə yiyələnməyə başlayın!
Şəhər: Bakı
Dərslərin başlama tarixi: Qəbul bağlıdır
Təlimin
birinci həftəsindən təcrübə
Qrant
tələbə üçün 85% ölçüsündə
Orta əmək haqqı
tərtibatçının —
2000 ₼
Işə qəbul
Kursdan dərhal
sonra

Bu peşə:

icon
Analitik düşüncə sahibi olanlar, özünü İT-də görənlər və tələb olunan peşəni öyrənmək istəyənlər
icon
Proqramlaşdırmanın baza bacarıqlarına malik olanlar, bir komandada işləməyi bacaranlar və güclü portfolio yaratmaq istəyənlər
icon
Tərtibatla maraqlananlar, səriştəsini artırmaq və böyük İT şirkətində işə düzəlmək istəyənlər üçündür

İT sahəsində karyeraya necə başlamalı?

  1. 1
    Formanı doldurun
  2. 2
    Giriş
    testini keçin
  3. 3
    Təhsil dəyərinin
    85% -i həcmində
    qrant alın
  4. 4
    Oxuyun və yalnız
    15%-i ödəyin
  5. 5
    Vakansiyaya
    müsahibədən
    keçin
Təlim üçün sifarişi yerləşdirin və kurs qiymətinin 85% -i həcmində qrant alın!

Kursun proqramı

  1. 1. Giriş
    • Dil tarixi Java
  2. 2. İnkişaf mühiti
    • IntelliJ IDEA
  3. 3. Sintaksis
    • Java 7 – 10 Code Conventions
  4. 4. Java SE
    • Java language keywords
    • Data types (primitive and object), variables, arrays, casting types
    • Operations on data types
    • The if and switch operators
    • Loops for, while, do-while, for-each
    • Generics
    • Collections (List, Queue, Set, Map, Graphs, Trees)
    • Handling Exceptions (Try-catch- finally)
    • Multithreading / Concurrency
    • Strings
    • Regular expression
    • I/O Streams API
    • JDBC API
    • API for XML Processing
    • JSON
  5. 5. Java Ext
    • Garbage collector
  6. 6. Desktop
    • Swing
  7. 7. Verilənlər bazası
    • MySQL
    • CRUD
    • MongoDB
  8. 8. Web Service
    • SOAP
    • REST
    • HTTP protocol
  9. 9. Web Patterns
    • MVC
    • MVP
  10. 10. Java EE
    • Servlet
    • Tomcat
  11. 11. FrontEnd
    • HTML
    • CSS
    • JavaScript
  12. 12. Patterns/Modeling
    • Object-Oriented Design Patterns (GoF Patterns)
    • UML
  13. 13. Test
    • JUnit
    • TestNG
  14. 14. Java Frameworks
    • Apache Log4J
    • Hibernate

Təhsildən sonra CV-niz necə görünəcək?

hero logo
Artyom Kovalevski
Junior Java-tərtibatçısı
Hard skills
  • Java Core, Java FX
  • Stream API, DateTime API, Lambdas
  • Maven/Gradle
  • DBC, SQL, Hibernate (ORM)
  • Networking, REST (HTTP, WS), Nginx
  • Unit Testing
  • Concurrency, IO vs NIO, Servlet (Tomcat/Jetty)
  • Spring base, Unix (Linux, Ubuntu)
  • GIT, JIRA, CI/CD (TeamCity)
Soft skills
  • Çeviklik və kreativlilik
  • Komanda ilə işləmək bacarığı
  • Mürəkkəb problemləri həll etmək bacarığı
  • Zamanın idarə olunması
  • Yüksək emosional intellekt

DevEducation ilə işə düzəltmə

Java proqramçıları dünyanın ən yüksək əmək haqqı alan mütəxəssislərindən biridir. Onlar Android üçün oyunlar, proqram təminatları və proqramlar əlavələri yaradırlar. Məhz buna görə bazarda onlara olan tələbat daim artır. Artıq indidən peşəyə yiyələnməyə başlayın!

DevEducation-da siz demək olar ki, pulsuz:

Təzə işçidən müvəffəqiyyətli Java-tərtibatçısına çevrilmək Java geliştiricisi
Rəqabətədavamlı portfolio əldə etmək
Əmək bazarında peşəkarlığınızı və dəyərinizi artırmaq şansını əldə etmiş olursunuz
Tələb edilən peşəyə addım atın — elə indi təhsil üçün sifarişi yerləşdirin!

2 000 ₼

Azərbaycanın müxtəlif şəhərlərində Java tərtibatçılarının orta əmək haqqı.

1200 ₼

2014

1300 ₼

2015

1400 ₼

2016

1550 ₼

2017

1600 ₼

2018

1700 ₼

2019

2000 ₼

2020

Məzunlar bizim haqqımızda nə deyirlər?

  • icon
    Mixail Novikov
  • icon
    Vladislav Kuts
  • icon
    Dmitri Vasilina
  • icon
    Ian Fedun
  • icon
    Yekaterina Belaya
  • icon
    Violetta Kuzmenko
  • icon
    Nadejda İvanova
  • icon
    Danil Osipov
  • icon
    Alexander Sincha

Tez-tez soruşulan suallar

1. Dərslər hansı dildə tədris olunur?

Hansı ölkədə keçmənizdən asılı olaraq təlim rus, Ukrayna və Azərbaycan dillərində tədris edilə bilər. Bütün təlimlərdə ingilis dilində olan İT- terminologiyasından isifadə olunur.

*Coğrafi yerinizdən asılı olmayaraq təlimdən keçmək üçün rus dilinin başa düşülməsi zəruridir.

2. Təlimdən keçdiyimi necə sübut edə bilərəm?

Təlimi bitirdikdən sonra siz ixtisaslaşmanızı təsdiqləyən sənəd (sertifikat) alacaqsınız.

3. Təlimi bitirdikdən sonra işə necə düzələ bilərəm?

Təlimi bitirdikdən sonra hər bir tələbə DevEducation-un tərəfdaş şirkətindən müsahibədə iştirak etmək üçün şansı qazanır.

4. Dərslər günün hansı yarısında keçilir?

Əsasən dərslər səhər saatlarında tədris olunur. Seçdiyiniz təlimin cədvəlini şəhərinizdəki olan fililalın koordinator ilə dəqiqləşdirə bilərsiniz.

5. Müəllimlərin ixtisası nədir?

Təlimləri 5 ildən artıq təcrübəsi olan profil üzrə mütəxəssislər, həmçinin tərəfdaş İT-şirkətlərinin hazırkı əməkdaşları tədris edirlər.

6. Qrant alan tələbənin vəzifələrinin siyahısına nələr daxildir?

Qrant qazanan namizəd və ya tələbə İT-kollecinin qarşısında heç bir hüquqi və ya maddi məsuliyyət daşımır. Həmin namizəd və ya tələbə qrantdan imtina edə bilər və ya qazandığı qrantdan istifadə edərək növbəti təlimdə iştirak edə bilər.

7. DevEducation təlimi bitirdikdən sonra işlə təmin olunmağa zəmanət verirmi?

Uğurlu müsahibə tərəfdaş İT şirkətində işə yerləşdirilməyə zəmanət verir.

Biz sizə işə düzəlməyə dair zəmanət verə bilmərik, çünki bir çox məsələ tələbənin özündən asılıdır. Əgər siz dərsləri buraxmırsınızsa və ev tapşırıqlarını yerinə yetirsinizsə, onda sizin iş almaq şansınız daha çoxdur.

Məzunlarımızın nəticələrini paylaşa bilərik - onların 87% -i təhsildən dərhal sonra işlə təmin olunmuşdur.

8. Bəzi mühazirələri qaçırsam o halda nə baş verəcək?

Materialın maksimum mənimsənilməsi üçün bütün mühazirələrdə iştirak etmək zəruridir. Mühazirələrdən və ya fakultativ dərslərdən birini qaçırsaz, onda mütləq bu mühazirənin və fakultativ dərsin ev tapşırıqlarını yerinə yetirməlisiz.

Hər təlim üçün 20-dən çox qrant ayrılmır. Beş günlük cədvəl üzrə bütün dərslərdə iştirak edib bütün ev tapşırıqlarını yerinə yetirməyinizi gözləyirik. Bir tələbə heç bir səbəb olmadan dərsləri buraxırsa, onda özümüz ona təhsilini bitirməyi təklif edirik.

Tələbələrimizin əksəriyyəti müstəqil yetkinlərdir. Dərslərdə iştirak və müvəffəqiyyət, hər şeydən əvvəl, sizin məsuliyyətinizdir.

Diqqətinizi təlimə yönəltsəniz, yaxşı bir iş tapmağınız və məqsədlərinizə çatmağınız asan olacaq.

9. Bəzi ev tapşırıqlarını yerinə yetirməsəm nə olacaq?

Təlim planı elə qurulmuşdur ki, tapşırıqların müstəqil həllini tapasınız, həmçinin müstəqil iş üçün tapşırıqlar da daxil olunsun. Bu səbəbdən, ev tapşırıqlarını yerinə yetirməmək qrantı itirmək və təlimlərdən avtomatik kənarlaşdırılmasına bərabərdir.

10. Bütün təlimlərin məzmununa harada baxmaq olar?

Təlimin məzmunu ilə deveducation.com saytında tanış ola bilərsiniz. "Kurslar" bölməsini seçin və sizi maraqlandıran təlimə keçin.

11. İstiqamət seçimində tərəddüd edirəm. Əlavə məlumat almaq olarmı?

Əlbəttə, bunun üçün “Açıq qapı” günümüz var. Bundan əlavə, kollecin rəhbərliyi ilə razılaşmaqla istənilən gün bizə gələ bilərsiniz.

Siz saytımıza sorğu göndərə və iş günləri keçirilən açıq görüşə yazıla bilərsiniz.

12. Təlimin keçilməsinə dair qrantı əldə etmək üçün hansı biliklər lazımdır?

deveducation.com saytına daxil olun, sizi maraqlandıran təlimi seçin və ideal tələbə portretini oxuyun. Ondan qrant almaq üçün hansı biliklərin lazım olduğunu öyrənəcəksiniz.

13. Mən QA/FrontEnd/Mobile təlimi bitirdikdən sonra nə kimi işləyə bilərəm?

  • QA/AT təlimindən sonra manual və ya avtomatik proqram təminatının testeri kimi işləyə bilərsiniz. Siz test yoxlamanın, sənəd yazmanın, avtomatlaşdırmanın bütün əsas proseslərini, həmçinin proqram təminatı dövrünün bütün mərhələlərini başa düşəcəksiniz. Bilik səviyyəniz onları real layihələrdə tətbiq etmənizə kömək edəcəkdir;
  • FrontEnd təlimi bitirdikdən sonra veb-tərtibat sahəsində proqramçı işləyə bilərsiniz, saytların strukturunu və deskopt tətbiqləri yaratmağı bacaracaqsınız;
  • Mobile (Xamarin və ya React Native) təlimi bitirdikdən sonra mobil tərtibat sahəsində proqramçı işləyə biləcəksiniz.

14. Tester peşəsi bazarda nə qədər tələbatlıdır?

Tester – sayt və ya tətbiqdə səhvlərin mövcudluğunu yoxlayan şəxsdir. Hər gün yüzlərlə yeni internet-resurslar meydana çıxır, ona görə test mütəxəssisi – keyfiyyətli saytın və ya tətbiqin yaradılması zəncirində əvəzolunmaz insandır. Bu peşə hələ uzun müddət tələbatlı olacaqdır. Avtotest istiqaməti də böyük populyarlıq qazanmışdır.

DevEducation kollecində QA/AT kursunu bitirdikdən sonra siz bu iki istiqamətdən istənilən birində işləyə bilərsiniz.

15. Tərəfdaş şirkətdə işə qəbul edilərkən hansı maaşa ümid edə bilərəm?

Maddi mükafatlandırmanın səviyyəsi keçirilən müsahibənin nəticələrinə görə müəyyən edilir. Bundan başqa, maaş sizin işə düzəldiyiniz şəhərdən asılıdır. Adətən, bizim məzunlarımız junior-mütəxəssisinin cari regiondakı orta əmək haqqını alırlar.

Təhsilə ciddi münasibətiniz kursu yüksək səviyyədə biliklərlə başa vurmanıza kömək edəcək, bu da gələcək maddi mükafatlandırmanıza yaxşı təsir edəcəkdir.

16. Nəyə görə kurs «Baza təlimi» adlanır?

Baza təlimi 4 ay davam edir və bir əsas kimi proqramlaşdırma dillərindən birini götürür. Dil seçimi təhsil aldığınız regiondakı İT şirkətlərinin tələbatlarından asılı olacaq.

Çox vaxt bu, Java və ya C # proqramlaşdırma dilləri olur. Baza təlimi real layihələrdə işləmək üçün zəruri olan ən vacib mövzuları əhatə edir.

Baza təlimini bitirdikdən sonra tələbə özünə ixtisas seçə bilər: FrontEnd, Mobile.

Xamarin və ya Mobile React Native, Java Advanced, C# Advanced. Bu istiqamətlərdən istənilən birində 1,5 - 2 ay ərzində mütəxəssis olmaq mümkündür.

17. İT - istiqamətləri üzrə kurslara daxil olmaq üçün hansı biliklər lazımdır?

Bizim kollecimizdə siz Java / C# baza və ya QA təlimlərinə qəbul olunub keçə bilərsiniz. Zəruri biliklərin siyahısı:

  • ümumilikdə proqramlaşdırma nədir;
  • kompüterin bütün imkanlarından istifadə etməyin inamlı bacarığı;
  • öyrənmək, yeni mövzular bilmək və öz hədəfinə doğru getmək üçün böyük bir həvəs.

18. DevEducation kollecinin tərəfdaş şirkətləri hansılardır?

Tərəfdaş şirkətlər deveducation.com veb səhifəmizdə "Tərəfdaşlarımız" bölməsində təmsil olunub.

Hər bir şəhərdə bunlar fərqli şirkətlərdir və onların sayı artmağa doğru gedir.

Əsas tərəfdaşlar:

WizardsDev
Fəaliyyət sahəsi: biznes üçün proqram təminatının tərtibatı, analitika, məlumatların təhlükəsizliyi;

xCritical Software
Fəaliyyət sahəsi: finteks-servislərin tərtibatı, onlayn-treydinq sistemləri, veb və mobayl proqram təminatır;

Global Cloud Team
Fəaliyyət sahəsi: outstaffing sistemi üzrə proqram təminatının tərtibatı.

19. Onlayn təhsil almaq mümkündürmü?

Belə bir imkan nəzərdə tutulmayıb.

Tələbələrimizin İT-şirkətlərində müvəffəqiyyətlə işə düzələ bilmələri üçün biz təlimlərdə çox sayda praktiki tapşırıqlar vveririk. Bu, Scrum təlimi, İT-şirkətlərinin top-menecerləri ilə hakatonlardır. Təlimin ən vacib hissələrindən biri komandada birgə işləmək hissini yetişdirmək. Bu səbəbdən onlayn format məqsədə uyğun deyil.

20. DevEducation kollecində təhsil almaq üçün yaş məhdudiyyətləri varmı?

Hədəf auditoriyamız 18-27 yaş arası motivasiyalı, məqsədyönlü insanlardır. Bəzi istisnalar da olur, hər şey təlimdən əvvəl olan məcburi müsahibəni necə keçdiyinizdən və özünüzü necə göstərdiyinizdən asılıdır. Kollecimizdə kursa qəbul üçün maksimum yaş həddi 33 - dür.

Bizim 16 yaşlı tələbələrimiz də olub. Lakin bu halda biz onlara tam iş təklifi irəli sürə bilmərik.

21. DevEducation kollecin və tələbə arasında təlim tədris haqqında müqaviləsi bağlanırmı?

DevEducation kolleci tərəfindən qranta sahib olsanız, o halda, sizinlə razılaşma bağlanır ki, bu da təlimin adını və tədris saatlarının sayını göstərəcəkdir. Ayrıca, təlimin sonunda görülən işlər haqqında akt alacaqsınız.

22. Mən DevEducation kollecindəki təhsilimi işlə birləşdirə bilərəmmi?

Təlim zamanı çox sayda ev tapşırığı verilir və təlim beş günlük rejimində keçir. İşdə işləmək və özünütəhsil ilə məşğul olmağa kifayət qədər vaxtın olub olmadığını özünüz üçün müəyyənləşdirin.

Bəzi tələbələrimiz ikisini birləşdirir. Lakin açıq deyirik ki, asan olmayacaq.

23. Niyə təlimin ödənişi bu qədər aşağıdır?

Biz kommersiya təşkilatı deyilik və maraqlanan hər bir tələbənin təhsil üçün qrant almasına çalışırıq. Tələbənin qrant almaq istəyi IT sahəsinə güclü bir maraq deməkdir. Biz də peşəkar olmağa can atan belə insanları dəstəkləyirik.

Qrantı aldıqdan sonra təlimin qiyməti simvolikdir. Bu, səhlənkar şagirdləri tanımaq üçün bir filtr və ya tələbə niyyətlərinin ciddiliyinin göstəricisidir. Biz təlimi sataraq pul qazanmırıq. Qazancımız IT şirkətlərinə yüksək səviyyəli mütəxəssislər verməkdir. Bu səviyyə işədüzəltmə saytlarından və ya HR xidmətlərindən daha yüksəkdir.

Biz İT təhsili bazarında peşə qazanmaq baxımından ən yüksək keyfiyyətli təhsili veririk. Təlim proqramlarının məzmunu əvvəldən müasir İT şirkətlərinin real texniki tapşırıqlarına yönəldilirdi. İşə düzəlmək üçün sizə nə lazım olacağını biz yaxşı bilirik.

Biz tərəfdaş şirkətlərlə təhsilə pul ayırmaq barədə razılaşmışıq. Bu da təlimlə maraqlanan hər bir tələbə üçün onları əlçatan edib. Biznes tələblərini ödəməyimizə baxmayaraq, təhsil prosesi baxımından biz həmişə tələbələrin tərəfində oluruq.

24. Təlimə qəbul olmaq üçün İngilis dilinin hansı səviyyədə olması tələb olunur?

Qrantın alınması və təlimə qəbul olmaq üçün İngilis dili biliyi ən azı Pre-Intermediate səviyyəsində olmalıdır.

Əgər İngilis dili biliyinin səviyyəsi aşağıdırsa, lakin müsahibədən keçərkən digər tapşırıqlar yüksək səviyyədə yerinə yetiriliblərsə, onda potensial tələbə qrantı almağa və təlimə qəbul olmağa namizəd ola bilər.

25. Axşam saat 7-dən sonra niyə dərslər yoxdur?

Bu, biznes-təlimin standartıdır. 8-9 iş saatından sonra insan artıq “sönə” bilər. Axşamlar belə geniş proqramı mənimsəmək səmərəli deyil.

Bundan əlavə, təlim real layihələr üzərində keçirilir. Qrant ayıran şirkətlər tələbələrin ugursuzluğu halında çox böyük riskə məruz qalırlar.

Formanı doldurun və DevEducation ilə İT-də karyera qurmaq haqqında daha çox məlumat əldə edin!