Şəhər

Bakı

Təlimin adı

FrontEnd

Dərslərin başlama tarixi

İyun 2020

  • icon

    Təlimin müddəti 4 ay

  • icon

    Təlimin intensivliyi Həftədə 5 dərs

  • icon

    Dərsin müddəti Gündə 4 saat

  • icon

    Təhsil qrantı Kurs haqqının 85% - ı şirkət
    tərəfindən ödənilir:
    Tələbə ayda cəmi
    40$ ödəyir

Təlim haqqında ətraflı

Birgə veb-layihələrin nümunəvi məsələlərinin həllini vurğulamaqla intensiv FrontEnd proqramlaşdırma kursu.

Kursun prinsipləri: tələbələr tərəfindən – mürəkkəb çoxsəviyyəli tapşırıqların komanda şəklində yerinə yetirilməsi.
Müəllimlər tərəfindən – mentorluq, ev tapşırıqlarının işlənməsi, öyrənilən bölmələrin mühüm aspektlərinin vurğulanması, kömək və dəstək.

Qeyd olunan kurs IT şirkətin iri veb-proqram təminatlarının proqramlaşdırılması sahəsində təcrübəyə malik olan aparıcı proqramçıları tərəfindən tədris olunur. Müəllimlərin təcrübəsi İT sahəsində uğurlu karyera qurmaq üçün proqramlaşdırmanın əsas prinsiplərini tələbələrə öyrətmək imkanı verir. Təhsil müddətində tələbələri maraqlı tapşırıqlar, hakatonlar, master-klasslar gözləyir. Kursun sonuna yaxın tələbələr keçilmiş materialın möhkəmləndirilməsi üçün iri layihədə iştirak etmək imkanı əldə edəcək.

Ideal tələbənin portreti
Aşağıda qeyd olunanlar hamısı sizin haqqındadırsa, təlim üçün müraciət etməkdən çəkinməyin!
Sizin soft skill-əriniz
  • Komandada işləmək bacarığı
  • Çeviklik və dəyişikliklərə hazır olmaq
  • İT sahəsinə və tədqiqata maraq
Biliyiniz və bacarıqlar
  • HTML, CSS və JavaScript əsasları
  • Proqramlaşdırma vasitələri
  • Şəbəkə konfiqurasiya təcrübəsi
  • Unit-test-lər
  • Sürətli məlumat axtarışı
  • Client-Server strukturunda anlayış
  • Obyekt yönümlü proqramlaşdırma prinsipləri
İdeal tələbənin xüsusiyyətləri
  • Analitik zehniyyət
  • Tələbə və ya məzun
  • Karyeranı və ya bacarıqları artırmaq istəyi
  • Diqqətli, məsuliyyətli və mütəşəkkil

Kursun proqramı

  1. 1. Intro
    • Proqramlaşdırma dillərinin xülasəsi, onların məqsədi və fundamental fərqləri.
    • JavaScript, HTML, CSS yaradılma və inkişaf tarixi.
  2. 2. JS core
    • Verilənlərin tipləri. JavaScript operatorları
    • Dövrlər. Funksiyalar (qapanma, rekursiya). Massivlər. Obyektlər.
    • OOP. Əsas prinsipləri. Prototip modeli (Prototype)
    • Obyekt xüsusiyyətlərinin deskriptoru. Funksiyalar, generatorlar.
    • Asinxron model (Promise, async/await)
    • Spesifikasiyalar ES (ES5, ES6, ES7, ES8)
  3. 3. Web
    • Sənədin strukturu. Əsas teqlər, atributlar. DOM
    • CSS, CSSOM
    • BEM metodologiyası
    • Preprosesorlar (LESS, SASS)
    • HTML5. SVG. Canvas
    • LocalStorage API ilə iş prinsipi
    • HTTP. REST. AJAX. WebSocket
  4. 4. VСS
    • Versiya nəzarəti sistemlərinin xülasəsi
    • Git. Əsas komandalar
  5. 5. Verilənlər bazası
    • Məlumat xarakterli verilənlər bazası (NoSql, ORM)
  6. 6. Hazırlama metodologiyaları
    • Agile. Waterfall. Scrum. Kanban
    • CI/CD. Teamcity
  7. 7. Testing
    • TDD metodologiyası. TDD prinsipləri.
    • BDD metodologiyası. FIRST konsepsiyası.
    • Unit Tests (Mocha, Jest, Sinon, Chai)
  8. 8. React
    • Babel
    • ReactJS
    • Webpack
    • Proqram təminatlarının işlənib hazırlanmasına arxitektura yanaşmaları (MVC, MVP, MVVM)
    • Redux, Saga kitabxanalarının köməyi ilə proqram təminatlarının arxitekturasının işlənib hazırlanması

Təlimə yazılmaq